“General Atomics” yeni “hava-yer” raketini təqdim edib

2025/01/1737095050.jpg
Oxunub: 369     12:03     23 Yanvar 2025    
“General Atomics” inkişaf etdirdiyi yeni “hava-yer” raketini təqdim edib.

Ordu.az xəbər verir ki, layihəyə xüsusilə ABŞ ordusunda yeni havadan buraxılan hücum sursatlarına olan ehtiyac səbəb olub.

“General Atomics”in Elektromaqnit Sistemləri Qrupunun hazırda sadəcə olaraq “Strike Missile” adlanan yeni raketinin ilk görüntüsü şirkətin iştirak etdiyi müdafiə sərgisində nümayiş etdirilib.

Şirkət raketin ölçüsü, performansı və ya digər texniki xüsusiyyətləri barədə hələlik heç bir məlumat verməyib.

ABŞ ordusu son vaxtlar Sakit okeanda Çinə qarşı çıxmaq üçün raket ehtiyatını sürətlə artırmaq hədəfi ilə hərəkət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: General-Atomics   Raket  


Bizi "telegram"da izləyin