“Airbus” direktoru: “Avropanın rəqib döyüş təyyarəsi layihələri daha sıx əlaqələrə ehtiyac duyur”

2025/01/1737094731.jpg
Oxunub: 519     10:28     23 Yanvar 2025    
“Büdcə məhdudiyyətləri səbəbindən potensial sinerji sahələrinə dronların və sensorların inkişafı daxildir”.

Ordu.az xəbər verir ki, bunu “Airbus” şirkətinin Baş icraçı direktoru Qiyom Fori deyib.

Onun sözlərinə görə, büdcə məhdudiyyətləri və regionun parçalanmış müdafiə bazarının birləşdirilməsi zərurəti nəzərə alınmaqla, Avropa və Böyük Britaniya yeni nəsil döyüş təyyarələri və döyüş hava sistemlərinin inkişaf etdirilməsi üçün öz rəqib proqramları üzərində daha sıx əməkdaşlıq etməyi düşünməlidir.

Avropanın aviasiya və müdafiə çempionunun Baş icraçı direktoru Britaniyanın rəhbərlik etdiyi Qlobal Döyüş Hava Proqramı ilə Fransa-Almaniya Gələcək Döyüş Hava Sistemi arasında daha sıx əlaqələrin qurulmasının mənalı olduğunu bildirib.

O əlavə edib ki, Avropanın rəqib döyüş təyyarəsi layihələri daha sıx əlaqələrə ehtiyac duyur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Təyyarə  


Bizi "telegram"da izləyin