Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” nəşri məlumat yayıb.
Müdafiə Nazirliyi bildirir ki, 2026-cı maliyyə ilində təxminən 310 kiçik kamikadze PUA-sı istifadəyə veriləcək.
Yaponiyanın “The Sankei Shimbun” qəzetinin məlumatına görə, İsrail, Avstraliya və İspaniyada istehsal edilən modellərlə əməliyyat sınaqları davam edir və son seçimi müəyyən etmək üçün rəqabətli tender prosesi başladılıb.
Partlayıcı maddələrlə təchiz edilmiş bu kamikadze tipli PUA-lar zirehli vasitə və kiçik gəmilər kimi xüsusi hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az