Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Arman Abovyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən “işləyəcək”.
“Beynimizi bir az da yormağın və belə bir reallığı aydınlaşdırmağın vaxtı çatıb: bunlar İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanlarıdır. İndi gəlin hamımız birlikdə düşünək ki, iranlılar ABŞ-nin hərbi agentlərinin onların sərhədlərinin həlledici nöqtəsində dərhal peyda olmasına necə reaksiya verəcəklər? Başa düşə bilmirəm ki, niyə Ermənistan hakimiyyəti öz uydurma Aİ referendumu və guya ABŞ ilə “strateji memorandum” imzalaması ilə Ermənistanı belə xaotik formatda intihara sürükləmək qərarına gəlib?”, - deyə Abovyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az