Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.
“Hakim gücün lideri Azərbaycanın Ermənistana təqdim etdiyi demilitarizasiya tələbinə cavab olaraq silahlara, kvotalara və onların istifadəsinə qoyulan məhdudiyyətlərə qarşılıqlı nəzarət mexanizmini formalaşdırmağa hazır olduğunu bildirəndə, ağlıma ilk növbədə ötən il Tavusda təhvil verilən 4 kənd gəlir. Paşinyan həmin kəndlərin təhvil verilməsindən əvvəl bəyan etmişdi ki, 1990-cı illərdəki müharibə nəticəsində Azərbaycan Tavusun 32 erməni kəndinin müxtəlif hissələrinə nəzarət edir və öz güzəştlərini qarşılıqlı prinsiplə təqdim etməyə çalışır. Yəni, sovet dövrünün xəritəsi ilə Tavusda sərhəd demarkasiyası həyata keçirilməli idi, burada güzəştlər qarşılıqlı olmalı idi, amma baş verənlər, hamının bildiyi kimi, ərazini yalnız Ermənistanın güzəştə getməsi idi. Sizə daha pis bir şey deyim. Bu, əslində göstərir ki, nə vaxtsa Paşinyanın təklifi redaktə olunacaq və altında yalnız Ermənistanın silahlanmasına kvota, məhdudiyyət, nəzarət qalacaq”, - deyə Abrahamyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az