Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistan hökuməti ötən günlərdə layihənin təsdiq edilərək, parlamentin müzakirəsinə göndərilməsi ilə bağlı qərar qəbul edib.
“Parlament tərəfindən qəbul edildikdən sonra layihə yalnız Aİ ilə müvafiq sənəd olduqda, ümumdövlət səsverməsinə çıxarıla bilər. Aİ isə Nikol Paşinyanın Rusiyadan qopmaq cəhdlərinə nə qədər kömək və dəstək versə də, uğursuz və kasıb bir dövləti öz sıralarına qəbul etmək, özünə yeni başağrısı yaratmaq niyyətində deyil. Üstəlik, Aİ-də bu cür qərarlar 27 üzv dövlətin konsensusu ilə qəbul edilir və bütün dövlətlərin Ermənistanın üzvlüyə qəbul olunmasının tərəfdarı olması ən azından fantaziyadır. Bütün bunlar sübut edir ki, “Yevrakve” məhz Ermənistanda Aİ-nin maraqlarına və reputasiyasına zərbə ola bilər. İndiki hakimiyyət gözləntiləri artırmaqla, yalnız Ermənistan-Aİ münasibətlərinə xələl gətirib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az