Şəhid ailələri Həcc ziyarətinə göndərilib - FOTOLAR

2024/06/whats-1718272731.jpg
Oxunub: 189     13:55     13 İyun 2024    
Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Həcc ziyarəti mövsümü başlayıb.

Ordu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə azərbaycanlı zəvvarların Həcc Ziyarətində iştirakı təmin edilib.

Zəvvarlar arasında Qafqaz Müsəlmanları İdarəsinin vəsaiti hesabına Həcc ziyarətinə göndərilən şəhid və qazi ailələrinin üzvləri də var.

Xankəndinin azad edilməsi uğrunda aparılmış antiterror əməliyyatında iştirak edərək şəhid olmuş əsgər Hüseyn Nəsibovun atası Əfqan Nəsibov builki zəvvarlar arasındadır. 19 yaşlı əsgər Hüseyn Nəsibov Goranboy rayonunun Qızılhacılı kəndindəndir. 19.09.2023-cü il tarixində antiterror əməliyyatlarında şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmət" ordeni ilə təltif edilib.

Şəhidimizin atası Əfqan Nəsibov deyir ki, digər şəhid ailələrinin üzvləri kimi, onun da ödənişsiz əsaslarla Həcc ziyarətinə getməsi təmin edilib.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib.

Həcc Ziyarəti Uca Allahın müsəlmanlara buyurduğu hökmlərindən və İslam dininin təməl şərtlərindən biridir.

Mərhəmətli və Rəhimli Rəbbimiz bütün müsəlman ümmətinin Həcc ziyarətini qəbul etsin!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid-ailələri   Həcc-ziyarəti  


Bizi "telegram"da izləyin