COP üçlüyü Bonnda NDC-i müzakirə edib - FOTOLAR

2024/06/15d41-1718204860.jpg
Oxunub: 167     18:17     12 İyun 2024    
Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyadan olan COP üçlüyü (Troika) Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) dəstəkləmək üçün müzakirələr aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Azərbaycan, BƏƏ və Braziliyanın COP üçlüyü, eləcə də UNFCCC, UNDP və UN CAT növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) dəstəyi müzakirə etmək üçün maraqlı tərəfləri bir araya gətirib. Baş danışıqçı Yalçın Rəfiyev COP29-un qlobal əməkdaşlığa və 1,5 dərəcə məqsədinə uyğun olaraq NDC-in təşviqinə sadiqliyini vurğulayıb”, - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: COP   Bonn   NDC  


Bizi "telegram"da izləyin