Prezident İlham Əliyevin Qahirədə rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

2024/06/8cdb2-1717833856.jpg
Oxunub: 574     11:29     08 İyun 2024    
Azərbaycan Prezidenti İlham Əliyevin Misirin paytaxtı Qahirə şəhərində “Əl İttihadiya” sarayında rəsmi qarşılanma mərasimi olub.

Ordu.az-ın verdiyi xəbərə görə, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Sonra birgə foto çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İlham-Əliyev   Qahirə  


Bizi "telegram"da izləyin