Tədbiri giriş sözü ilə açan ADPU THİK sədri dosent Vurğun Məmmədov Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində Universitet daxilində həyata keçiriləcək layihələrdən danışaraq, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşımıza əbədi həkk olunduğunu bildirib. Daha sonra Xocalı faciəsində baş vermiş hadisələri tələbələrlə bölüşüb, ermənilərin törətdikləri qətliam haqqında ətraflı söz açıb.
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixinin texnalogiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Taleh Cəfərov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq, mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd edib.
Sonda Kimya və biologiya fakültəsinin tələbələri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiribər.
Görüş diskussiya ilə davam edib.
Ordu.az