Səfir: "Ümid edirik ki, Britaniya şirkətləri azad olunan ərazilərin bərpasında da yaxından iştirak edəcək"

2023/02/7d159-1677063484.jpg
Oxunub: 4150     14:40     22 Fevral 2023    
“Böyük Britaniya brendlərinin Azərbaycanda artan rolunu görməyə çox şadam”.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviterdə yazıb.

O bildirib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Britaniyanın Azərbaycana yeni daxil olmuş “JCN machine” şirkətinin nümayəndələri ilə görüşüb:

“Ümid edirik ki, Britaniya şirkətləri geri qaytarılan (işğaldan azad olunan - red.) ərazilərin bərpasında da yaxından iştirak edəcək”, - diplomat bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin