Azərbaycan və Türkiyənin mühəndis bölmələri döyüş hazırlığı üzrə birgə məşq keçirir - FOTOLAR (VİDEO)

2023/02/1677058626.jpg
Oxunub: 6519     13:32     22 Fevral 2023    
Müdafiə nazirinin 2023-cü il üzrə təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xüsusi hazırlanmış mühəndis şəhərciyində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə keçirilən məşğələlər zamanı istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, eləcə də digər tapşırıqları praktiki olaraq icra edirlər.


Məşğələlərin keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Türkiyə   Mühəndis-bölmələri  


Bizi "telegram"da izləyin