FHN-in Türkiyədəki mobil səhra hospitallarında 729 nəfərə tibbi xidmət göstərilib - VİDEO+FOTOLAR

2023/02/08449-1676622380.jpg
Oxunub: 2451     12:04     17 Fevral 2023    
Fövqəladə Hallar Nazirliyinin Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 729 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə Ordu.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Belə ki, hospitallarda ötən günlər ərzində 729 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin