Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yalan xəbərləri yayınlamamağa çağırıb - FOTOLAR

2023/02/1675922316.jpg
Oxunub: 3910     22:30     16 Fevral 2023    
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yalan xəbərləri yayınlamamağa çağırıb.

Ordu.az-ın məlumatına görə, idarədə buna qarşı “Dezinformasiyaya qarşı mübarizə şöbəsi” təsis edilib. Təsis edilən mərkəz gündəlik olaraq, Türkiyə, dünya KİV-lərində, eləcə də, müxtəlif sosial şəbəkələrdə zəlzələ, onun fəsadları haqqında yalan xəbərləri toplayaraq ictimaiyyətə təqdim edirlər.

Mərkəz qəti olaraq aşağıdakı xəbərlərə inanmamağa və KİV-ləri bu kimi yalan xəbərləri yayınlamamağa çağırıb. Həqiqət kimi təqdim edilən əslində isə yalan olan xəbərlər bunlardır:
“İspaniya hərbçiləri Türkiyədə, İskenderun bölgəsində patrul xidməti göstərirlər”
“Hatayda bankomatlar talan edilərək yağmalanır”
“Zəlzələ zamanı dağılan binaların əksəriyyəti yenidir”

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Zəlzələ  


Bizi "telegram"da izləyin