FHN-in növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb - VİDEO+FOTOLAR

2023/02/63eb8-1676381502.jpg
Oxunub: 2909     17:26     14 Fevral 2023    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Kahramanmaraş rayonuna gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: FHN   Türkiyə  


Bizi "telegram"da izləyin