Kahramanmaraşda axtarış-xilasetmə işlərinə FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib - FOTO

2023/02/88fc1-1676306824.jpg
Oxunub: 7130     20:33     13 Fevral 2023    
Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itləri də cəlb edib.

Ordu.az-ın xəbərinə görə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda təlim görmüş itlər vasitəsi ilə Kuddisi Baba bulvarındakı binaların dağıntıları altında qalmış şəxslərin axtarışlarını aparır.

Ehtimal edilir ki, həmin ərazidə insanlar var.

Qeyd edək ki, FHN-in qüvvələri indiyədək dağıntılar altından 51 nəfəri sağ, 614 nəfərin isə cəsədini çıxarıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Kahramanmaraş   FHN  


Bizi "telegram"da izləyin