Dövlət Vergi Xidməti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

2023/02/ff16e-1676112143.jpg
Oxunub: 6014     14:26     11 Fevral 2023    
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Ordu.az xəbər verir ki, bu barədə DVX məlumat yayıb.

"Vergi xidməti işçilərinin peşə bayramı günü"ndə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.

Daha sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edib, məzarların üzərinə al qərənfillər düzüblər. "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Dövlət-Vergi-Xidməti   Heydər-Əliyev   Şəhidlər-xiyabanı  


Bizi "telegram"da izləyin