Lənkərandan Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərilib - FOTOLAR

2023/02/5116a-1676102428.jpg
Oxunub: 3758     11:35     11 Fevral 2023    
Azərbaycanın Lənkəran rayonundan Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərilib

Bu barədə Ordu.az-a Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə respublikanın bütün ərazilərində olduğu kimi Lənkəran rayonunda da humanitar yardım kampaniyası həyata keçirilir. Lənkəran rayonunda insanların şəxsi təşəbbüsü ilə keçirilən kampaniya zamanı əsasən hazır qida məhsullarının və qış geyimlərinin toplandığı humanitar yardım artıq Türkiyənin Azərbaycandakı səfirliyinə göndərilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti də Türkiyənin yanında olduğunu nümayiş etdirərək ümumi dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü və 1 ton Lənkəran çayı zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə Kahramanmaraş şəhərinə göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin