Bu barədə
Ordu.az-a BMqT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Bildiirlib ki, 6 aylıq layihə müddətində BMqT-nin Azərbaycandakı nümayəndəliyi münaqişədən zərər çəkmiş 201 qadın və 31 kişi olmaqla ümumilikdə 232 Ukrayna vətəndaşına mənzil təminatı, ərzaq və qeyri-ərzaq məhsullarının təmin olunması, həmçinin tibbi yardım və sənədləşmə xərclərinin qarşılanması üçün birdəfəlik çoxməqsədli nağd pul yardımının çatdırılmasını təmin edib.
Bundan əlavə, məlumatlılığın artırılması kampaniyası çərçivəsində BMqT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan və Ukrayn dillərində fərdi müdafiə, gender əsaslı zorakılıq və insan alveri ilə bağlı risklərin qarşısının alınması, fövqəladə hallar üçün nəzərdə tutulmuş qaynar xətt və əlaqə nömrələrinin əks olunduğu iki növ buklet hazırlamışdır. Miqrasiya Bələdçisi broşürlərində miqrasiya məlumatları, müvəqqəti olma və yaşayış icazəsinin alınması ilə bağlı təlimat və həmçinin, müvafiq elektron dövlət xidmətlərinə çıxış üçün QR kodlar əks olunub. Maarifləndirici materiallar Bakı və Sumqayıtda yerləşən Ukrayna icması və Ukrayna Mərkəzi ilə keçirilən məlumat sessiyaları zamanı iştirakçılara paylanılmış və digər mümkün vasitələrlə ukraynalı miqrantlara çatdırılıb.
Yardım ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu (PRM) tərəfindən maliyyələşdirilən BMqT-nin “Ukrayna və qonşu ölkələr üçün təcili çağırış” regional layihəsi çərçivəsində münaqişədən zərər çəkmiş Ukrayna vətəndaşlarına çatdırılıb.
Ordu.az