NATO-nun təlim kursunu bitirənlərə sertifikatlar verilib - FOTOLAR

2023/02/05757-1676016386.jpg
Oxunub: 6173     11:59     10 Fevral 2023    
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda keçirilən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Xəbərə görə, əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib.

Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin