Bu gün, səhər saatlarında işğal altında olan Qarabağda yerləşdirilən qanunsuz "hərbi birləşmə" tərəfindən Azərbaycan Ordusunun diversiya aktı həyata keçirməsi, həmçinin itki verərək geri çəkilməsi barədə əsassız məlumat yayılıb.
Ordu.az yayılan məlumatla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib.
Nazirlikdən yayılan məlumatın növbəti dezinformasiya olduğu bildirilib.
"Azərbaycan Ordusunun diversiya əməliyyatı keçirməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır", - deyə nazirliyin açıqlamasında qeyd olunub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Dezinformasiya
Düşmən
MN