Şuşanın işğal əməliyyatına rəhbərlik edən erməni general ölüb

2019/07/bf672-1562824726.jpg
Oxunub: 1467     11:15     11 İyul 2019    
Dünən Şuşanın işğal əməliyyatının qərargah rəisi, 76 yaşlı erməni general-mayor Feliks Qzoğyan ölüb.

Ordu.az-ın məlumatına görə, Rafael (Feliks) Hovhannes Qzoğyan 1943-cü il yanvarın 15-də, Ermənistanın Loru vilayətinin Şamluğ (Şamlıq-red) qəsəbəsində anadan olub.

Qzoğyan 1963-cü ildə Daşkənd Ali Tank Komandirləri Məktəbini bitirdikdən sonra SSRİ SQ-nin Zaqafqaziya Hərbi Dairəsinin müxtəlif hərbi hissələrində tank taqım komandiri, tank bölük komandiri, tank tabor komandiri, tank hərbi hissə komandiri və tədris mərkəzinin rəhbəri kimi xidmət edib.

1988-ci ildə Sovet ordusundan tərxis olunub və polkovnik-leytenant rütbəsi ilə Ermənistana göndərilib. Bundan sonra "Yerkrapah" hərbi təşkilatının tərkibinə daxil olub və İcevan "yerkrapahçıları"nın qərargah rəisi kimi sərhəd zonasına gedib. 1990-cı ildə İrəvanda təşkil olunmuş Xüsusi Alay komandirinin müavini (qərargah rəisi) təyin olunub. Daha sonra Goranboy rayonunda təxribatçı əməliyyatlarının sistemləşdirilməsi üçün Şahen Meğryanla birlikdə bölgəyə göndərilib. Erkəç, Buzluq, Mənəşli kəndlərinin işğal əməliyyatlarına rəhbərlik edib.

Qzoğyan 1991-ci ildə Ermənistanın Müdafiə Komitəsinin yaradılması işində iştirak edib və bundan sonra Qarabağa göndərilib. 1992-ci ilin fevralında seperatçı qüvvələrin "qərargah rəisi" təyin olunub. 1992-ci il ilin 17 oktyabrından 1993-cü ilin 11 martına qədər cənub-şərq istiqamətinin komandiri təyin olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Şuşanın işğal əməliyyatına rəhbərlik edən erməni general ölüb

2019/07/bf672-1562824726.jpg
Oxunub: 1468     11:15     11 İyul 2019    