Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, yanğınlar bu dəfə cəbhənin dərinliklərində müşahidə olunub. Geniş miqyaslı yanğın hələ də davam edir.
Baş verən yanğınlar torpağın münbit qatını, bir neçə növ bitki və ağacları tamamilə məhv edir ki, bu da ekoloji terrora gətirib çıxarır.
Qeyd edək ki, yanğınlar zamanı ərazidə yaşayan vəhşi heyvanlar qaçaraq cəbhəyanı kəndlərə soxulurlar. Bu da kənd sakinlərinin təsərrüfatında ciddi ziyanlara yol açır.

Elgün Gəncimsoy
Fəxri Məmmədov
Ordu.az