Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir görə, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Slovakiyanın Tatra şəhərində keçirilən ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində iyulun 8-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.
Xarici İşlər nazirləri gündəmdə olan bir sıra regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini də müzakirə ediblər.
Alpər Mövludoğlu
Ordu.az