Ordu.az xəbər verir ki, ermənistanlılarla qarabağlılar arasında növbəti kütləvi davada iştirak edən hərbi qulluqçular Tatul Karapetyan, Narek Papoyan və Harut Petrosyan Ağdərə hərbi prokurorluğuna aparılıblar.
Cinayət işinin istintaqını aparan müstəntiq Hovik Sarkisyanın dediyinə görə adları çəkilən hər üç hərbi qulluqçu həm davanın səbəbkarı kimi, həm də xidmət yoldaşlarına xəsarət yetirməkdə təqsirləndirilirlər.
Faktla bağlı istintaq davam edir.
Ordu.az