Ermənistan xəstə çağırışçıları Qarabağdakı hərbi hissələrə göndərir (FOTO+VİDEO)

2019/07/34534-1562243371.jpg
Oxunub: 23226     17:12     04 İyul 2019    
Ermənistan Müdafiə Nazirliyi atası 3-cü qrup əlil olan xəstə çağırışçını hərbi xidmətə göndərir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Ermənistanda 2019-cu ilin yay çağırışı başlayıb.


Məlumata görə, Müdafiə Nazirliyinin mərkəzi çağırış məntəqəsində çağırışçılardan biri, Hovsep Kirakosyan erməni mətbuatına verdiyi açıqlamasında bildirib ki, onun səhhətində problemlər var və bu xəstəlikləri tibbi müayinə zamanı qeydə alınmayıb. Buna baxmayaraq, o, hərbi xidmətə yararlı hesab olunaraq, Qarabağa hərbi xidmətə göndərilir.

Çağırışçının əmisi, Alik Kirakosyan xəstəlikdən başqa onun atasının da 3-cü qrup əlil olduğunu və xəstəlikdən əziyyət çəkdiyini əlavə edib.


“Hərbi xidmətə çağırılan qardaşım oğlu böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün əməliyyat olunub. Lakin indi onu Qarabağa hərbi xidmətə göndərdiklərinə görə narazıyam. Təəssüf ki, Ermənistanda və Müdafiə Nazirliyində heç bir dəyişiklik baş verməyib”, - deyə çağırışçının əmisi narazılığını diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin