Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, razılaşmalar yerinə yetirilmədən cəbhə xəttində təhlükəsizliyin təmin edilməsi mümkün deyil.
“Həmsədrlərin illik hesabatında “Madrid prinsipləri” təqdim edilib. Həmsədrlərin istəyində bu kimi danışıqların tez həyata keçirilməsi qeyd olunub. Lakin Ermənistan bu prosesin başlamasını Qarabağın (qondarma qurum-red.) iştirakı ilə əlaqələndirir”, - deyə Baş redaktor bildirib.
O qeyd edib ki, prosesin bir çox nüansları və şərtləri olduğu üçün bu sülhə fayda verəcək.
“Ermənistanın bu məsələ ətrafındakı şərhləri də birmənalı deyil. Aydınlaşdırmaq lazımdır ki, Qarabağ (qondarma qurum-red.) danışıqlar prosesində ayrı bir subyekt kimi nəzərdən keçirilir, yoxsa yox. Çünki Ermənistan tərəfindən müxtəlif şərhlər səsləndirilir. Ümumiyyətlə, proses bir çox nüanslara və şərtlərə malikdir. Ümid edək ki, proses sülhə fayda verəcək”, - deyə Tarasov vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az