Almaniyalı politoloq: "Əgər bu olmasaydı, Qarabağ münaqişəsi zonasında vəziyyət pisləşməyəcəkdi"

2019/01/Uve-H-1548250680.jpg
Oxunub: 22000     17:35     02 İyul 2019    
"ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə görüşlərinin gündəmini başa düşmək problemi mövcuddur".

Ordu.az xəbər verir ki, bunu almaniyalı politoloq Uve Halbax ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu bəyanatını və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesini şərh edərkən bildirib.

Halbaxın sözlərinə görə, əsirlərin dəyişdirilməsini təşkil etmək məsələsində münaqişə tərəflərinin razılaşması müsbət haldır.

"Əsirlərin dəyişdirilməsi danışıqlar masası ətrafında müsbət atmosferin formalaşdırılmasına töhfə verəcək. Göründüyü kimi, son görüşlərdə bu təşəbbüslər müzakirə edilib və dəyişdirilmə bunun sayəsində mümkün olub. Lakin bununla yanaşı cəbhə xəttində yeni qurbanlar qeydə alınıb. Bu həyəcanverici haldır və ilk növbədə tərəflərin hazırkı prosesdə qarşılıqlı anlaşmaya malik olmadıqlarını göstərir. Əgər bu olmasaydı, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət pisləşməyəcək, qurbanlar olmayacaqdı. Cəbhə xəttində elə bir vəziyyət yaradılmalıdır ki, tərəflər təmas xəttində bir-birinə əlavə mexanizmlər tətbiq edə bilməsin", - deyə almaniyalı politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin