Ordu.az xəbər verir ki, bu sözləri Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır.
“Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu yolverilməzdir. Biz bu sessiya çərçivəsində də bu məsələni qaldırmışıq, mən bunu çıxışlarımda da dedim. Uzun illərdir araşdırıcı missiyanın işğal olunmuş ərazilərə gətirilməsi istiqamətində iş aparırıq, lakin Ermənistan tərəfi bu missiyanın gəlməsini əngəlləyir. Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik”, - deyə nazir bildirib.
Ordu.az