Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri rus hərbi analitik Pavel Felqenqauer deyib.
Onun sözlərinə görə, son zamanlar baş verən hadisələr, yəni bir tərəfdən sərhəddi keçmiş şəxslərin geri qaytarılması məsələsi istiqamətində ümumi addımlar, digər tərəfdən danışıqlar prosesi çərçivəsində razılaşmalar, müharibəyə hazırlaşmaqla bağlı iki tərəfin bəyanatları, yeni silah növlərinin alınması üçün əldə olunan razılaşmalar vəziyyətin birmənalı olmadığını və kifayət qədər mürəkkəb olduğunu sübut edir.
“Burada vəziyyət mürəkkəbdir. Təmas xəttində də vəziyyət bu cürdür. Xoşagəlməz ssenarilərə icazə verməmək üçün böyük səylər tələb olunur, çünki tərəflər son zamanlar yeni silah növlərinin alınmasından çox danışırlar.
Mən həmişə demişəm ki, əgər tərəflər hazırlaşırsa, o zaman bu müharibədən qaçmaq mümkünsüzdür. 2016-cı ildə belə bir hadisə yaşandı”, - deyə Felqenqauer xatırladıb.
Alpər Mövludoğlu
Ordu.az