Ordu.az xəbər verir ki, işğalçı ordunun hərbi qulluqçusu Molkon Molkonyan əsgər yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Molkonyan tibb məntəqəsinə yerləşdirilib. İlkin məlumata görə davaya yerlibazlıq səbəb olub.
Haupvaxtda dustaq əsgərlər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alan daha bir hərbi qulluqçu Vrej Poğosyanın da hospitala yerləşdirildiyi məlum olub.
Hər iki faktla bağlı hərbi polis araşdırma aparır.
Ordu.az