Ordu.az xəbər verir ki, rəsmi İrəvan çox vaxt qarabağlı erməni hərbçılərin ölüm hallarını gizlətsə də, Ermənistanlı hərbçilərin ölümlərini müxtəlif yollarla rəsmi olaraq ictimailəşdirməyə məcbur olur.
İşğalçı ölkənin sosial mediasında gizlədilən özünəqəsd, yaxud özünü öldürmə həddinə çatdırılma faktları haqqında ölən hərbi qulluqçuların yaxınları tərəfindən məlumatlar yayılır. Sosial şəbəkələrdə yer alan xəbərlərdən bəlli olur ki, son bir neçə gün ərzində hərbi xidmətdə üzləşdikləri haqsızlıq, təhqir və təzyiqlər səbəbindən Ermənistan ordusunun 4 hərbçisi özünə qəsd edib.
Xəbərdə deyilir ki, kəşfiyyat bölüyünün hərbi qulluqçusu Ardak Lalayan, adı gizlədilən daha iki hərbçi də özünə qəsd edib. Qohumlarının verdiyi xəbərə görə özünü öldürmək istəyən bir zabitin həyatını xilas edə biliblər və o indi hospitaldadır. Onun valideynləri xəsarət alan zabitə lazımi diqqət yetirilməsi müqabilində hadisənin gizli saxlanılmasına razı olublar. Özünü asmaqla həyatına qəsd edən və adı gizlədilən hərb qulluqçu da əslən Qarabağdandır.
Xatırladaq ki, yuxarıda qeyd edilən faktlardan yalnız biri, Ayk Alaverdiyanın təlim mərkəzində özünü öldürməsi xəbəri rəsmi İrəvan tərəfindən ictimailəşdirilib.
Hər 4 faktla bağlı cinayət iş davam edir.
Ordu.az