Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanunsuz hərbi birləşmənin komandirinin sabiq müavini, general-mayor Vardan Balayanın yerinə, general-mayor Mikayel Arzumanyan təyin edilib.
Qeyd edək ki, Qarabağ döyüşlərinin iştirakçısı, Ermənistan ordusunun işğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz bölmələrində uzun müddət qulluq etmiş Arzumanyan, daha öncə də qanunsuz hərbi birləşmənin (19916 nömrəli hərbi hissə) komandirinin birinci müavini vəzifəsini daşıyırdı.
Vəzifəsindən azad edilən erməni general, Serj Sarkisyanın baş inspeksiya müfəttişi Mikayel Harutyunyanın müavini vəzifəsinə təyin edildi.
Ermənistanın sabiq baş naziri Karen Karapetyanın qərarı ilə Qareqin Qabrielyan baş hərbi inspeksiya rəisinin birinci müavini vəzifəsinin icraçısı, general-mayor Mikayel Arzumanyan isə baş hərbi inspeksiya rəisinin müavini vəzifəsinə təyin edilib.
Daha sonra Mikayelyan, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə yenidən (Qareqin Qabrielyan vəzifəsindən azad edilir) bu vəzifəyə təyin edildi. Lakin o sonda gizli siyasi fəaliyyət apardığına görə elə Paşinyanın tərəfindən vəzifəsindən qovulmuşdu.
Ordu.az