Düşmən ordusunda özbaşınalıq və zorakılıq halları artır

2019/06/cebhe-1561035663.jpg
Oxunub: 3926     17:32     20 İyun 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən hadisə əsgər valideynlərinin ciddi narazılığına səbəb olub. Hərbi hospitalda müalicə olunan bir neçə əsgərin müalicəsi sona çatmadan onların xidmət etdikləri hərbi hissələrə geri göndərildiyi iddia edilir.

Ordu.az xəbər verir ki, erməni əsgərlər Qaqik Balayan və Sevak Basinyanın valideynləri övladlarının tam müalicə olunmadan hospitaldan çıxarılmalarına cavab olaraq Ermənistan Müdafiə nazirliyinə şikayət məktubu ünvanlayıblar.

Daha bir məlumata görə isə üç erməni hərbçisi hospitala yerləşdirilib.

Belə ki, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin 3 hərbi qulluqçusu eyni gündə hospitala yerləşdirilib.

Müxtəlif bədən xəsarətləri alan erməni əsgərlər Nareq Keropyan, Qavruş Qarapetyan və kiçik çavuş Artur Sarıbekyan xəstəxanaya yerləşdirilib.

Hər 3 əsgərin əslən Ermənistandan olanlarla, Qarabağlı erməni hərbi qulluqçular arasında baş verən kütləvi davada xəsarət aldıqları məlum olub. Baş verən hadisə əsgər valideynlərinin geniş narazılığına səbəb olmasın deyə onları hərbi hissə komandanlığı ilə söhbətə çağırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin