“Bu münaqişələr ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapacaq” - Oqtay Əsədov

2019/04/15447-1556014503.jpg
Oxunub: 28528     11:58     20 İyun 2019    
“Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir”.

Ordu.az xəbər verir ki, bunu parlamentdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında çıxışı zamanı Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir.

“Təəssüf ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir. Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında öz həllini tapacaq”, - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oqtay-Əsədov   Qarabağ   Parlament  


Bizi "telegram"da izləyin