Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Məsələlər üzrə mütəxəssis, rus analitik Qriqori Trofimçuk baş verən son hadisələri şərh edərkən deyib.
Onun sözlərinə görə, cəbhə xəttində və ümumiyyətlə Qarabağ məsələsi ətrafındakı vəziyyət getdikcə kəskinləşir.
“Əslində bu gün baş verənlər çoxdan ehtimal edilirdi. Ermənistanda keçən ilin aprel-may aylarında baş verən siyasi dəyişikliklərdən sonra Azərbaycan rəhbərliyi ümid edirdi ki, Ermənistanın yeni rəhbərliyi Nikol Paşinyanın simasında Bakının gözlədiyi güzəştlərə gedəcək, yaxud ehtimal edirdi ki, onlar Ermənistanın əvvəlki hakimiyyətinə nisbətən daha konstruktiv olacaq.
Lakin gedişatda məlum oldu ki, İrəvan və Bakı arasında prinsipial məsələlərdə əks mövqelərə sahibdirlər. Danışıqlar formatı və münaqişənin nizamlanması üzrə tərkib məsələləri ətrafında fikir ayrılıqları mövcuddur”, - deyə Trofimçuk qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az