ABŞ Konqresi Ermənistana, yoxsa qondarma quruma 40 milyon ayırıb?

2019/03/orig--1553847096.jpg
Oxunub: 5290     13:07     19 İyun 2019    
ABŞ Konqresi Ermənistana əlavə 40 milyon dollar yardım göstərilməsi təşəbbüsünü təsdiq edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr palatası Ermənistana əlavə 40 milyon dollar yardım göstərilməsi təşəbbüsünü təsdiq edib.

Lakin qondarma qurumun “parlament sədrinin müşaviri” Anuş Qavalyan öz "Facebook" səhifəsində sevinərək “ABŞ Konqresindən yaxşı xəbər” başlıqlı məlumat paylaşıb.

"Konqres Qarabağa ayrılan yardımın 40 milyon dollar artırılmasını nəzərdə tutan Speier Amendment to H.R. 2740 qətnaməsini təsdiqlədi", - deyə o qeyd edib.

Layihənin lehinə 268, əleyhinə 152 konqresmenin səs verdiyi bildirilir.

Qeyd edək ki, bu təəbbüslə Konqresin erməni məsələləri üzrə komissiya qrupunun həmsədri Ceki Speyer çıxış etmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qondarma-qurum  


Bizi "telegram"da izləyin