Ordu.az xəbər verir ki, bu sözləri "Şant" televiziyası ilə müsahibəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Qarabağ məsələsinin danışıqlar prosesi məxfiçilik şəraitində baş tutacaq.
"Hesab edirəm ki, bu vəziyyətdə məxfiçilik ümumi söz mənasında yersizdir, çünki bu, ümumilli məsələdir və mümkün qədər hər kəs bu danışıqlardan xəbərdar olmalıdır. Mən iddia etməyə davam edirəm ki, hakimiyyət və hökumət münaqişənin həll olunması üçün müxtəlif təkliflər verə bilər. Əgər müəyyən olunsa ki, danışıqlar masası ətrafında çox və ya az məqbul hesab edilən modellər formalaşıb, onda bu modellərlə bağlı son qərarı xalq verməlidir
Əgər kimsə düşünürsə ki, Qarabağ məsələsinin həllinin hər hansı bir varinatı tətbiq edilə bilər və bu tətbiq xalq üçün qəbul edilməzdir, bu, birbaşa olaraq sadəcə sadəlövhlükdür", - deyə o qeyd edib.
Paşinyan, qondarma qurumun danışıqlar masasına gətirilməsi ilə bağlı verilən suala bu şəkildə cavab verib: "Mən öncədən demişəm ki, yalnız Ermənistan adından danışıqlar apara bilərəm, Qarabağ adından isə yox".
Alpər Mövludoğlu
Ordu.az