Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib

2019/05/trend-1559030226.jpg
Oxunub: 319     11:54     14 İyun 2019    
15 iyun – Qurtuluş günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 50 ədəd “Xəzər” markalı minik avtomobili təqdim edilib.

Ordu.az xəbər verir ki, avtomobillərin təqdim edilməsi mərasimində nazirliyin Aparat rəhbəri Hidayət Abdullayev nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını 15 iyun - Qurtuluş günü münasibətilə təbrik edib.

"1993-cü ilin 15 iyununda ümummilli liderimiz Heydər Əliyevin xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıdışı Qurtuluş günü kimi müasir tariximizin şərəfli səhifəsinə çevrilib. Bu qayıdışdan sonra Azərbaycanın dövlət müstəqilliyi bütün təhlükələrdən xilas olaraq ildən-ilə güclənib, ölkəmiz uzunmüddətli inkişaf yoluna səfərbər olub. Eyni zamanda həssas qrupların, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də müharibə əlillərinin, şəhid ailələrinin mənzillə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı proqramlarına başlanılıb".

H.Abdullayev vurğulayıb ki, Azərbaycan 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf yolu keçib. Həmçinin ulu öndərin əsasını qoyduğu bütün sosial müdafiə tədbirləri kimi, müharibə əlillərinin minik avtomobilləri ilə təminat proqramı da uğurla davam etdirilir: "2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil verilib. Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib. 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edilib, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcək".

Tədbirdə ictimai təşkilatların rəhbərləri də iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Əlil   Avtomobil  

Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib

2019/05/trend-1559030226.jpg
Oxunub: 322     11:54     14 İyun 2019    