Vrtanesyan qorxur: "Azərbaycan müharibəyə hazırlaşır"

2019/06/Karen-1560408330.jpg
Oxunub: 616     11:07     13 İyun 2019    
"Qarabağa qarşı mövqelərimiz getdikcə zəifləyir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “razm.info” hərbi saytının rəhbəri Karen Vrtanesyan jurnalistlərlə görüşü zamanı deyib.

Vrtanesyan, son zamanlar Ordumuz tərəfindən həyata keçirilən geniş miqyaslı hərbi təlimləri az da olsa şərh etməyə çalışıb.

O qeyd edib ki, bu təlimlərə paralel olaraq cəbhə xəttində vəziyyət getdikcə gərginləşir.

"Bu vəziyyətdə bizim daxili zəifliklərimiz var və Qarabağa qarşı mövqelərimiz getdikcə zəifləyir",- deyə Karen Vrtanesyan bildirib.

Xatırladaq ki, son hərbi təlimlər iyunun 7-dən 11-nə qədər Naxçıvanda Türkiyə birlikdə keçirilib. Ötən il ərzində artıq ikinci belə geniş miqyaslı Azərbaycan-Türkiyə hərbi təlimləri keçirilib. Bu təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Vrtanesyan qorxur: "Azərbaycan müharibəyə hazırlaşır"

2019/06/Karen-1560408330.jpg
Oxunub: 619     11:07     13 İyun 2019    