Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində Türkiyə Azərbaycanı dəstəkləyir.
"Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə atılan addımlarda Azərbaycanın yanındadır".
Ordu.az