Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində yazaraq Nikol Paşinyanın bəyanatlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Paşinyan ölkə daxilində və xaricində reallıqla əlaqəsini itirib.
“İnsan içkili, yorulmuş, səhhəti pis, yuxusuz, olmasından asılı olmayaraq maşının sükanına oturursa, avtomobilin sərnişinləri çox narahat olurlar. Onlar istər sürücüyə görə, istərsə də özlərinə görə ciddi problemləri olan insandan asılı vəziyyətdə qaldıqlarına görə, çox narahat olurlar. Bütün zarafatlar bir yana, Paşinyanın bugünkü bəyanatını eşidərkən, istər xalqımız istər ölkəmiz, istərsə də ölkənin sükanını ələ keçirmiş insana görə çox narahatlıq keçirirəm. O, ölkə daxilində və xaricində reallıqla əlaqəsini itirib. Onun yanında elə bir insan yoxdurmu ki, üzünə həqiqətləri desin, izah etsin, razı salsın nəhayət təkid etsin. Necə edək ki, heç olmasa o, Qarabağdan danışmasın və Qarabağın problemləri ilə məşğul olmasın”, - deyə Aşotyan bildirib.
Alpər Mövluoğlu
Ordu.az