"Putin və Paşinyan Qarabağı müzakirə etməyiblər" - Peskov

2019/06/10354-1559893390.jpg
Oxunub: 21204     11:41     07 İyun 2019    
"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə müzakirə olunmayıb".

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qarabağ münaqişəsi müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb", - D.Peskov deyib.

Xatırladaq ki, dünən Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər. (Report)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Qarabağ   Putin-Paşinyan  


Bizi "telegram"da izləyin