Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, cəbhədə baş verən yanğınların ən irimiqyaslısı bu gün qeydə alınıb və hələ də artmaqda davam edir.
Sözügedən yanğınlar Ağdam rayonunun işğal altında olan Nəmirli, Şotlanlı və İlxıçılar kəndində baş verir.
Bununla yanaşı Ağdam rayonunun işğal altında olan Kəngərli kəndi ərazisində də yanğınlar başlayıb.
Külək yanğını neytral əraziyə doğru aparır.

Elgün Gəncimsoy
Daşqın Güneyli
Ordu.az