Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri rus hərbi ekpert Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşlərinin əməliyyatı qısa olsa da, hər halda bu müharibə idi və erməni tərəfi üçün uğurlu olmadı.
“Buna baxmayaraq bütün bunları müqayisə etmək də çətindir, çünki bu əməliyyatların miqyası və dövrü müxtəlif idi. Lakin bu hadislər, xüsusilə də bir sıra məsələlər erməni tərəfi üçün müzakirə edilə bilər. Ən vacib suallardan biri də, bütün bunların Ermənistan niyə üçün gözlənilməz olmasındadır. Niyə erməni tərəfi itkilər verdi və niyə Azərbaycanın texniki üstünlüyü var idi.
Bu kimi istənilən hadisədən sonra nəticə çıxarılması və boşluqların nə üçün ortaya çıxması məqsədilə bir sıra məsələlər müzakirə edilə bilər. Əsas situasiya ondan ibarətdir ki, müharibənin başa çatmaması vəziyyətində müharibə əməliyyatlarının yenidən başlaması təhlükəsi yüksək olaraq qalmaqda davam edir və münaqişənin nizama salınması prinsipləri ətrafında tərəflərin konsensusu yoxdur”, - deyə Xramçixin bildirib.
O qeyd edib ki, bu istintaqın nəticələri Ermənistan üçün dərs olacaq.
“Sui-qəsd şayiələrinin nə ilə əlaqəli olması haqqında nəsə bir şey demək mənim üçün çətindir. Deyə bilmərəm ki, vahid bir orqanizm kimi Ermənistanla Dağlıq Qarabağ (qondarma qurum-red.) arasında hansı cür əməkdaşlıq var. Əgər bu cür şayiələr varsa, deməli heç bir birlik yoxdur, Ermənistan və Qarabağ bəzi mənada artıq fərqli mövqelərə malikdir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin lehinə deyil”, - deyə rus ekspert sözlərinə yekun vurub.
Alpər Mövludoğlu
Ordu.az