Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” qəzetində müsahibəsində deyib.
Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb, hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.
O bildirib ki, Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır.
"Ümid edirik, onlar anlayacaqlar ki, Azərbaycanla münasibətlər tənzimlənmədən, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olunmadan Ermənistanı təcavüzkar və işğal siyasəti yeridərək özünü saldığı dalandan çıxarmaq mümkün deyil. Öz tərəfimizdən biz müəyyən zaman fasiləsi vermişik ki, Ermənistanın yeni rəhbərliyi danışıqlar prosesinin detalları ilə tanış olsun. Artıq bu keçid dövrü başa çatıb", - deyə Məmmədyarov vurğulayıb.
Ordu.az