“İzvestiya”: Şuşanı bərpa etmək çətindir

2019/05/61283-1558775451.jpg
Oxunub: 2371     13:09     25 May 2019    
“Xankəndi təmamilə bərpa edilsə də, Şuşanı bərpa etmək çətindir”.

Ordu.az xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzetində Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edilib.

Məqalə müəllifi Qriqori Klimovun sözlərinə görə, Qarabağ döyüşləri zamanı Şuşanın işğal edilməsi həlledici rol oynayıb. Lakin şəhər bugünədək təmamilə bərpa edilməyib.

“Xankəndi təmamilə bərpa edilsə də, Şuşanı bərpa etmək çətindir. Maraqlıdır ki, yaşayış binalarının bərpasını sonraya saxlayaraq, ermənilər Şuşa məscidlərini bərpa ediblər”, - deyə müəllif vurğulayıb.

Rusiyalı jurnalist, “Orada dua edən yoxdur, müsəlman yoxdur. Bu halda niyə bərpa edirlər?” deyə öz təəccübünü də gizlədə bilməyib.

Qeyd edək ki, Ermənistanın işğalı altında olan Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidinin “bərpası” üçün fəaliyyətlərə başlanıldığı bildirilir. Məlumata görə, Şuşada Yuxarı Gövhər Ağa məscidinin “təmir” işlərinin “ldeA Fondu”nun vəsaitləri hesabına həyata keçiriləcəyi qeyd olunub.

İşlərin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. Təxribat xarakterli layihə çərçivəsində İranın “Part Saman Jahan” memarlıq birliyi və iranlı mütəxəssislərin cəlb olunduğu iddia edilir. Proqramın həmkarı isə “Abidələr və görkəmli yerlərin beynəlxalq şurası” Ermənistan Milli Abidələr Komitəsi ICOMOS-dur.

Məscidin ciddi konstruktiv dəyişikliklərə məruz qalacağı, qədim Alban kilsələrində olduğu kimi, divarlarında tarixi həqiqətlərə söykənməyən işlərin aparılacağı şübhəsizdir.

Xatırladaq ki, Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhər ağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilib. Pənah хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil хan tərəfindən daşla əvəz etdirilib. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olub.

Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülüb və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilib.

Ermənistan ordusu Şuşanı işğal edən zaman məscidi dağıdıblar və ərazini xaraba vəziyyətə salıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şuşa   İşğal   Təxribat  

“İzvestiya”: Şuşanı bərpa etmək çətindir

2019/05/61283-1558775451.jpg
Oxunub: 2372     13:09     25 May 2019    