Xidmət yoldaşları tərəfindən döyülən erməni əsgər hospitala yerləşdirilib

2019/05/14977-1558698359.jpg
Oxunub: 25772     11:44     25 May 2019    
İşğal altında olan ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinin bölmələrində daha bir əsgər nizamnamədən kənar münasibətlər zəminində baş verən dava nəticəsində xəsarət alıb.

Ordu.az xəbər verir ki, əsgər Davit Mirakyan xidmət yoldaşları tərəfindən döyülüb.

Hərbi hissədə faktı gizlətməyə çalışıblar. Yalnız D.Mirakyanın valideynlərinin şikayətindən sonra hərbi hissənin həkimi Vartkez Arzumanyan əsgərin hospitala göndərilməsinə razılıq verib.

Erməni hərbi qulluqçu izahatında axşam vaxtı, arxadan başına gödəkcə keçirilərək bir neçə nəfər tərəfindən döyüldüyünü yazıb.

Faktla bağlı araşdırma aparan hərbi polisin müstəntiqi komandanlıqla razılaşaraq hadisəni kiminsə üzərinə atmaqla cinayət işini bağlamağa çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ermənistan  


Bizi "telegram"da izləyin