Ordu.azxəbər verir ki, mühəndis-istehkam bölüyünün çöl məşğələsi zamanı bölüyün əsgəri Q.Sağomonyan xəsarət alıb.
İlk olaraq yüngül xəsarət aldığı kimi sənədləşdirilən əsgər taborun tibb məntəqəsinə göndərilib. Sonradan Q.Sağomonyanın vəziyyəti ağırlaşdığı üçün komandanlıq onu hərbi hospitala təxliyə etməyə məcbur olub.
Hərbi qulluqçunun valideynlərinin şikayətindən sonra fakt qarnizon prokurorluğu tərəfindən araşdırılır.
Təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasına yol verdiyinə görə taqım komandiri məsuliyyətə cəlb edilib.
Ordu.az