Xidmət rəisi: “Azərbaycan ən çox məcburi köçkünə sahib olan ölkələrdən biridir”

2019/05/58978-1556885787.jpg
Oxunub: 11227     15:33     03 May 2019    
“Azərbaycan ən çox məcburi köçkünə sahib olan ölkələrdən biridir”.

Ordu.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" mövzusunda panel müzakirəsi zamanı Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov deyib.

Xidmət rəisi bildirib ki, bu məsələ ilə bağlı bir sıra sənədlər və qətnamələr qəbul olunub, lakin məcburi köçkünlər geri qayıtmayıb.

“Bu problemlə bağlı vahid yanaşma yoxdur. Azərbaycan hər zaman beynəlxalq öhdəliyinə sadiqdir. Miqrasiya ilə bağlı da bütün müvafiq sənədləri imzalayıb”, - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Miqrasiya-Xidməti   Məcburi-köçkün  


Bizi "telegram"da izləyin